Nəfsin vəsvəsə namazı

Nəfsin vəsvəsə namazı
Təvəkkəltu ələl həyyilləzi la yəmut, vəl həmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zulli və kəbbirhu təkbi-ra.
Huvəl əvvəlu vəl axiru vəz zahiru vəl batin, və huvə bi-kulli şəy`in əlim.
Bismillahi və billahi Muhəm-mədun rəsulillah, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahumməmsəh ənni ma əhzər.


Əuzu billahil qəviyyi minəş şəytanil ğəviyy, və əuzu bi Muhəmmədinir rəziyyi min şərri ma quddirə və quzi, və əuzu biilahin nasi min şərril cinnəti vən nasi əcməin.

Həzrət Sadiq (ə) buyurubdur: “Hər bir möminə, qırx gündən bir, nəfsin vəsvəsəsi hücum gətirər. Bu vaxt o mömin şəxs, iki rükət namaz qılsın və bu vəsvəsədən Allaha pənah aparsın.” 


Həmçinin həzrət Sadiq (ə) buyurubudur: “Həzrət Adəm (ə) nəfsin vəsvəsəsindən Allah taalaya şikayət etdi. Cənab Cəbrayıl nazil olub, o həzrətə dedi: “La həvlə və la quvvətə illa billah” zikrini de.” Həzrət Adəm (ə) bu zikri dedikdən sonra nəfsin vəsvəsəsi ondan əl çəkdi.” O həzrət sonunda buyurdu: “Hər şeyin əsası “La həvlə və la quvvətə illa billah”dır.”

Həzrət Baqir (ə) buyurubdur: “Bir kişi həzrət Rəsulullahın (s.ə.s.) yanına gəlib, nəfsin vəsvəsəsindən, ağır borca düşdüyündən və yoxsulluqdan ona şikayət etdi. Həzrət Rəsulullah (s.ə.s.) ona dedi: “Bu duanı tez-tez oxu: 
Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
Bir müddətdən sonra, o kişi həzrət Rəsulullahın (s.ə.s.) yanına gəlib, dedi: “Ey Rəsulullah (s.ə.s), Allah taala mənim vəsvəsəmi aradan qaldırdı. Mənə borclarımı ödəməkdə yol açdı və mənə var-dövlət əta etdi.”

Həmçinin hədislərdə buyurulubdur ki, şeytanın vəsvəsəsini uzaqlaşdırmaq və insanın qəlbində şəkk yaratdığı vaxt bu ayəni oxumaq lazımdır:
Odur birinci və axırıncı, aşkar və batin! O, hər bir şeyi bilir.

Həzrət Sadiq (ə) şeytanın vəsvəsəsini uzaqlaşdırmaq barəsində buyurubdur: “Əlini sinənə çək və bu duanı oxu: 
Allahın adı və Allahın köməyi ilə! Məhəmməd (s) Allahın rəsuludur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, qorxduqlarımı məndən uzaqlaşdır!

Sonra əlini qarnına çək və üç dəfə de: “İnşaallah, məndən uzaqlaşar.”
Vəsvəsəni uzaqlaşdırmaq üçün sidirlə başı yumaq, dişlərə misvak çəkmək, nar yemək, neysan yağışı suyundan içmək və hər ayda üç gün, yəni, ayın birinci və axırıncı cümə axşamı günü və ayın ortasındakı çərşənbə günü, oruc tutmaq da təsirlidir. 

Həmçinin bu duanı oxumaq tövsiyə olunur:
Azğın şeytandan qüdrətli Allaha pənah aparıram. Qəza-qədərin şərindən bəyənilmiş Məhəmmədə (s) pənah aparıram. Bütün cin və insanların şərindən insanların məbuduna pənah aparıram./asiqem-huseyne. "Məfatihul cinan" kitabı"

baxılma sayı: 348