İnsan ömrü Azanla Namaz arasında olur!

   Göl kənarında yaşlı bir adam axan suya baxırdı. Gənc adam ona yaxınlaşıb: “Əmi,çox fikirlisən,nəyə baxırsan elə?” – deyə soruşunca,qoca baba içini çəkərək: “Axan ömrümə baxıram”-dedi.
Gənc adam bəmbəyaz saqqallı,nur üzlü yaşlıdan maraqla soruşdu: “Bir insan ömrü nə qədər olur ki?”

Yaşlı adam şirin bir gülümsəmə ilə: “Azanla namaz arası qədər” deyincə, o özünü saxlaya bilməyib həyəcanla: “Necə yəni? Ömür bu qədər qısadırmı?” – deyə soruşur.

Qoca baba: “Bəli,ömür namazsız azanla azansız namaz arası qədərdir”. Gənc adamın təəccüblü baxışlarını görüncə, qoca baba izah etməyə başladı: “Dünyaya bir körpə gələndə onun qulağına azan oxunar eləmi? Bax, o azanın namazı qılındımı? Qılınmadı. O azan “Namazsız azan”dır.

İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur. O da “Azansız namaz”dır.Əslində o namazın azanı insan doğulunca oxunmuşdu qulağına”...

Bax, ey insan! Doğuldun, amma, bir gün öləcəksən, ömür dediyin nədir ki? Tez qurtarar. Vaxtını boşa ziyan etmə, həyatını yaxşı dəyərləndir. Ömrünü dolu-dolu, doya-doya yaşa, bir nəfəsini belə boş buraxma./asiqem-huseyne.

baxılma sayı: 315