Namaz ən üstün dini əməldir.

Müqəddəs İslam ayinində namaz “dinin sütunu” kimi təqdim olunur və onun hifzi təkidlə tapşırılır. Yaxşı olar ki, namaz ilkin vaxtda qılınsın. Namazı yüngül saymaq namaz qılmamaq kimidir. Ona görə də namaz vaxtı tələsmək olmaz.
Namaz qılmamaq böyük günahlardandır və insanı ağır əzaba düçar edir. Bəzi rəvayətlərə əsasən, namaz qılmamaq küfrə bərabərdir.

Namaz ən üstün dini əməldir. Digər əməllərin qəbulu onun qəbulundan asılıdır. Allah-taala namazı saleh insanların hökumət nişanəsi sayaraq buyurur: “Onlara yer üzündə iqtidar versək, namaz qılarlar.” (“Həcc”, 41.) 

Din böyükləri bizə daim namazı fəzilətli vaxtında qılmağı tapşırmışlar. Namaz, onun fəzilətləri və nəticələri olduqca geniş bir söhbətin mövzusudur.
Qılmalı olduğumuz namazlar iki qismdir: vacib namazlar və müstəhəb (məsləhət görülən) namazlar. Vacib namazlar da iki qismə bölünür: xüsusi vaxtı olan namazlar (məsələn, 17 rəkət gündəlik namaz) və müəyyən səbəblərə görə vacib olan namazlar (məsələn, zəlzələ, günəş tutulması ilə əlaqədar namazlar)/nur-az. 

baxılma sayı: 324