Əllamə Həsənzadə Amuli: Dəstəmaz nurdur!

 Allahın məhəbbətini dadmış şəxs Ondan başqasını heç bilir

Əllamə Həsənzadə Amuli:

Bəli, ey qardaş! Bil ki, dəstmaz nurdur və daim dəstəmazlı olmaq qüds aləminə yüksəlməyə səbəb olacaq. Bu bərəkətli dəstur elm və əməl meydanının böyük şəxsiyyətləri tərəfindən sınaqdan çıxmışdır. Bəs ey dost diyarının yolçusu, sənə lazımdır ki, birincisi həmişə dəstəmazlı olasan, ikincisi, böyük himmət və əzmkarlığın olsun. Namazdan sonra Allah Təbarək və Taaladan baqi və əbədi olan şeyi istə. Ondan (Allahdan), Onun Özündən başqasını istəmə və ürək dilinlə belə tərənnüm et:


Biz Səndən Səndən başqasını təmənna etmirik
Şəkəri ona ver ki, məhəbbəti dadmayıb!
Çünki Allahın məhəbbətini dadmış şəxs Ondan başqasını heç bilir. Üstəlik, Ondan başqa istəyəcəyi hər bir şey Onun ismlərindən birinin təzahürüdür. Odur ki, insan əsli (Haqqın Zatını) taparsa, deməli, hər şeyi tapmışdır. 
Nə üçün zahid cənnət həvəsindədir?
Nə üçün cənnəti yaradandan xəbərsizdir?
 

Böyük arif Sədrəddin Dezfuli şerlərinin birində deyir: 
İlahi, zahid səndən huri istəyir, onun qüsuruna bax
Qapından cənnətə qaçır ya Rəbb, onun şüuruna bax.
 

Namazı qılıb qurtardıqdan sonra başını səcdəyə qoy və de: "Allahummərzuqni həlavətə zikrikə və liqaikə vəl-huzurə indikə. (İlahi, zikrinin şirinliyini mənə dadızdır, görüşünü mənə ruzi et və hüzurunda olmağı mənə inayət et.)/nur-az.

baxılma sayı: 401