Namazdan sonra məsciddə ziyarətnamə oxuyanda niyə müxtəlif tərəflərə dönürlər?

Adətən, məsciddə namazdan sonra 3 qısa ziyarətnamə oxunur. Ziyarətnamələrin biri İmam Hüseynə (ə), o biri İmam Rzaya (ə), üçüncüsü də İmam Mehdiyə (ə) ünvanlanır. Hər ziyarətnaməni oxuyarkən, sağ əli sinənin üstünə qoyub, həmin imama aid edilən istiqamətə sarı dönürlər.

  İslam.az-ın məlumatına əsasən, İmam Hüseynin (ə) ziyarətnaməsi oxunan zaman Kərbəla istiqamətinə (Azərbaycandan təqribən qiblə istiqamətinə yaxındır), İmam Rzanın (ə) ziyarətnaməsi oxunan zaman şərqə (Məşhəd istiqamətinə) dönürlər. İmam Mehdi (ə) Kəbə kənarında zühur edəcəyi üçün onun da ziyarətnaməsini oxuyanda qibləyə üz tuturlar.

baxılma sayı: 254