Hacı Şeyx Əli Məhəmməd Bürucerdi... Gecə namazı qılmırsan, qalx çay iç!

Ayətullah Əli Məhəmməd Bürucerdi mərhum Naini, mərhum Kompani, mərhum Ziyauddin Əraqi kimi böyük alimlərin elminindən bəhrələnmiş nadir şəxsiyyətlərdəndir. Ayətullah-üzma Bürucerdinin vəfatından sonra Bürucerd əhlinin təkidi ilə vətənə qayıdıb.
Ayətullah Əli Məhəmməd Bürucerdi 15 yaşında təhsil ardınca Nəcəfə gedib. Mirza Əli Ağa Qazi Təbatəbai kimi ustadı, Şeyx Məhəmmədtəqi Behcət kimi yetirməsi olub. 


Hacı Şeyx Əli Məhəmməd Bürucerdi ilə bağlı iki xatirə:
Bir gün Nəcəfdə Həzrət Əlinin (ə) hərəmində bir zəvvar ona müəyyən məbləğdə pul hədiyyə edir. Evə qayıdır. Gecə keçsə də yata bilmir. Qərara gəlir ki, küçəyə çıxıb gəzişsin. Yolda Seyid Əli Ağa Qazi Təbatəbai ilə rastlaşır. Ustadından soruşur ki, gecə yarı nə üçün evdən çıxıb? Ustad cavab verir ki, evdə körpələr üzüm istəyir, dözə bilmədim, küçəyə çıxdım. Hacı Şeyx Əli Məhəmməd Bürucerdi hərəmdə ona verilən pulu ustadına təqdim edir ki, üzüm alsın. Evə qayıdır, başını yastığa qoyan kimi yuxuya gedir...


Gecə namazı vaxtı ibadətdə və Quran oxuyanda səsini o qədər qaldırarmış ki, otaqdakılar oyansın. Səsinə oyanıb narazılıq edən olanda deyərmiş qalx ayağa bir stəkan çay iç. Qalxıb çay içənlər Allahın lütfü ilə həm də gecə namazı qılarmış.../ Vilayet.info

baxılma sayı: 341