Həzrət Peyğəmbərin (s) hədisində dəstəmaz əməllərinin hikmət və mənası

Dəstəmaz əməllərinin sirləri Həzrət Peyğəmbərin (s) hədisində:

  Həzrət Peyğəmbər (s) sübh namazından sonra gün çıxana qədər məsciddə əyləşərək müsəlmanların suallarına cavab verərdilər. Bir gün iki nəfər sual vermək üçün həzrətin hüzuruna gəldilər. Həzrət Peyğəmbər (s) onlar sullarını verməzdən öncə buyurdu: “Mən deyim siz hansı sualla gəlmisiniz yoxsa özünüz suallarınızı deyəcəksiniz? Ərz elədilər Ey Allahın Rəsulu (s) siz buyurun. Peyğəmbər (s) buyurdu:  “Biri həccin şəri məsələlərini öyrənmək üçün gəlmiş, digəri isə dəstəmaz almağın haqqında sualı vardı!

Həzrət Peyğəmbər (s) iki səhabəsinin suallarını belə açıqlamağa başladı: Amma Dəstəmaz almağın mənası:

- Dəstəmazda üzü yumaq yəni: İlahi! Hər bir günah ki bu üzlə etmişəm onu yuyuram ki, pak üzlə sənin ibadətinə çevirilim və pak alınla Sənin qarşında başımı torpağa qoyum.

- Dəstəmazda əlləri yuxmaq yəni: İlahi! Günah səbəbindən əlimi yudum və günahlar ki bu əllərlə görmüşəm pak edir və təmizləyirəm.

- Dəstəmazda başa məsh çəkmək yəni: İlahi! Başımı batil düşüncə və mənasız həvəslərdən ki onların haqqında düşünmüşəm pak edir və özümü onlardan uzaqlaşdırıram.

- Ayağın məshi yəni: İlahi! Mən pis yerə getməkdən ayağımı kəsir və bu ayağı hər bir etdiyi günahdan paklayıram.

Əgər bir şəxs istəsə Allahın mübarək adını dilə gətirsin gərək ki ağzını suya çəksin. Məgər olarmı ki yuyulmamış ağızla Allahın adını çəkmək?!

Dəstəmazdan öncə və ya sonra ağzınızı su ilə yaxalayıb yuyun. Budur Peyğəmbərin (s) dəstəmaz almağın sirri haqda bir neçə açıqladığı sirr.

Əgər bizlər namaz və ibadətlərdən ləzzət aparmırıqsa, deməli bizlər hələ də dəstəmaz və namazın sirlərindən agah deyilik. O dəstə insanlar ki namazdan ləzzət alırlar heç bir şeyi namazla əvəz etməz və onların işləri namazlarına mane olmaz.

Bu ki bizlər namaz qılır amma mənəvi sevinclik və nuraniyyət bizlərdə artmır bunun üçün bu haldayıq ki, namazı onun sirləri dərk edərək və düzgün qaydaları ilə həyata keçirməmişik!  Namazın təsiri və mənası onun batini dərki ilədir.  “İbadət sirləri kitabı, Ayətullah Cəvadi Amuli, səh: 20-21” /namaz.ge

baxılma sayı: 337