Bir şəxs müstəhəb namazı camaatla qıla bilərmi?

Cavab: Müstəhəb namazları camaatla qılmaq məsləhət deyil. İslam alimlərinin bir hissəsi bunu qəti surətdə, bir hissəsi isə ehtiyata görə icazəli bilməmişlər. Lakin yağış yağması üçün qılınan “istisqa namazı” istisna edilir. Bu namaz quraqlıq zamanı çöllükdə camaatla qılınır. Həmçinin, əslində vacib olub, müəyyən səbəblərdən vaciblik hökmünü itirərək müstəhəb olmuş namazları da camaatla qılmaq olar. Məsələn, Qurban və Fitr namazları məsum şəxsin hüzuru zamanı vacibdir, onun və ya nümayəndəsinin imamlığı ilə qılınmalıdır. Lakin məsumun qeybdə olduğu dövrdə bu namazlar vaciblik hökmünü itirib və müstəhəb namaz olub. Buna görə də Fitr və Qurban bayramının namazlarını da camaatla qılmaq icazəlidir./ixlas.

 

baxılma sayı: 228