Namazı öz vaxtından qabaq qılmaq olarmı?

Cavab: İslam şəriətinə görə, bütün hökmlər yalnız vaxtı çatdıqdan sonra qüvvəyə minir və insan cavabdehlik qazanır. Hətta Allah da günah etməzdən qabaq insanı cəzalandırmaz, baxmayaraq ki, onun günah edəcəyini öz mütləq elmi ilə bilir. Əgər insan vaxtı çatmazdan əvvəl hər hansı hökmü yerinə yetirsə, vaxtı çatandan sonra həmin vəzifədən azad edilmiş sayılmaz. Yəni vaxtından qabaq qılınan namaz batildir. Bu halda həmin namaz qılınmış sayılmır və heç bir savaba da səbəb olmur. Bu, mənasız işdir. Namazın vaxtı girəndən sonra onu qılmaq yenə insanın öhdəsində vəzifədir./ixlas.

baxılma sayı: 319