Boynunda qəza namazı olan adam gecə namazları qıla bilərmi?

Bəziləri deyir ki, qıla bilməz. Boynunda qəza namazı olan şəxs müstəhəb namazlar qıla bilər, o cümlədən, gecə namazı qılmağı da icazəlidir. Qəza namazlarının olması müstəhəb namaza maneçilik yaratmaz. Amma qəza orucu olan adamın müstəhəb oruc tutması icazəli deyil, əvvəlcə qəza oruclarını bitirməli, sonra müstəhəb oruclara başlamalıdır. Lakin namazda buna ehtiyac yoxdur. Bununla belə, namaz məsələsində də əvvəlcə qəza namazlarını qılıb bitirmək və ya heç olmazsa müstəhəb namazlarla paralel qəza namazlarını da qılmaq məsləhətdir. Çünki əcəlin nə zaman çatacağını heç kim bilmir. Bizim əsas vəzifəmiz vacib ibadətlərimizi yerinə yetirməkdir və qiyamətdə əvvəlcə buna görə cavab verəcəyik./ixlas.

 

baxılma sayı: 331