Hansı müsəlmanın namazı faydasızdır?

“Dinin üsul (təməl) və füru (şəriət hökmləri) məsələləri müsəlmanın əxlaqının düzəlməsinə xidmət etməlidir. Əgər namaz və orucun müsəlmanın əxlaqının düzəlməsinə təsiri olmasa fayda verməz”


İslaminSesi xəbər verir ki bunu Əxlaq Ustadı Nasir Nəqəviyan “Müsəlmanın Əxlaqı” adlı möizəsində deyib.

İslaminSesi Əxlaq Ustadının müsəlmanın əxlaqı barədə möizəsindən bir hissəsini təqdim edir:

“Dinin üsul və füru hökmləri dini əxlaqın xidmətində olmalıdır. Əgər orucla namaz müsəlmanın əxlaqı ilə nəticələnməsə fayda verməz. Buna görə Quran da açıq-aşkar şəkildə buyurur ki namaz qılın, amma bu namazdan yardım alın! Namazı buna görə qılmırlar ki sayı artsın və digərləri qarşısında nümayiş etdirilsin. Hər kim çox namaz qılsa Allaha o qədər də yaxınlaşar fikri düzgün deyildir. Quran buyurur ki, səbrdən və namazdan yardım alın!. Çünki bəzən üzü yuxarı yoxuşla hərəkət edirsiz bu zaman sizin nəfsani həvəsləriniz və istəkləriniz qaynayıb coşmağa başlayır. Əgər namaz qılsanız bu məsələlərdə sizə yardım edəcək.

Şair deyir: Qəzəb küləyi, şəhvət və tamahkarlıq küləyi namazı olmayanı aparar. Yəni namaz əhli olsan şəhvət və qəzəb küləyi səni apara bilməz. Yəni insan namazı bunlara görə qılmalıdır. (Quran ayəsində buyurur ki namaz insanı pis işlərdən çəkindirir. Amma namaz qılan yenə pis işlərini və günahlarını edirsə deməli onun namazı faydasızdır.)Bu məsələyə diqqət edin ki Müaviyə də namaz qılırdı. İmam Hüseynə qarşı ordu yeridən Ömər Səd də namaz qılırdı. Həmçinin İmam Əli də namaz qılırdı. Biri camaatı aldatmaq üçün qılır, digəri isə çoxlu namazın faydası olduğunu zənn edərək qılırdı (o biri isə Allahı ibadətə layiq bilib, namaz qılırdı).

Siz bir ağac əkirsiniz. Bu ağacın 3 hissəsi var. Onun kökü, budaq və yarpaqları və onun meyvəsi. Ağacın budağı dinin təməl hökmləridir. Əsas məsələ ağacın səmərəsi və meyvəsidir (ki o da insanın həyatında özünü göstərməlidir). Baxın bu namazı da o meyvə və səmərənin əldə edilməsi üçün qılmaq lazımdır.”

baxılma sayı: 300