Namaz insanı günahdan nə qədər uzaqlaşdırarsa...

“Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər.”
Quran namazın faydasını onun insanı çirkin və pis əməllərdən çəkindirməsində görür: “Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər.” (“Ənkəbut” surəsi, ayə 45.) Bu səciyyə namazın əsas dəyəri və əməllərin qəbul olma nişanəsidir. Boş toxum inkişaf etmir və bəhrə vermir. Pis əməllərdən çəkindirməyən namaz həmin dəyərsiz ibadətdir.


İmam Sadiq (ə) buyurur: “Hər kəs namazının qəbul olub-olmamasını bilmək istəyirsə, namazın onu günahdan və pisliklərdən uzaqlaşdırıb-uzaqlaşdırmamasına baxsın. Namaz onu günahdan nə qədər uzaqlaşdırarsa, həmin qədər də qəbul olar.” (“Bihar”, 82-ci cild, səh.198.)

baxılma sayı: 310