Azan səsinə narahat olub, çal-çağıra toplaşanlar

Çalışın Allah kəlamını eşitdikdə ürəyi sevinən adamlardan olun.

 

Sual:
 

Allahın adı ilə
Həzrət Ayətullah əl-üzma Safinin (Allah ömrünü uzun etsin) məhzərinə
Salam və hörmətlə
Məscidin səsucaldanı vasitəsilə azan, münacat, dua, Quran və s. səsləndirilməsinin onun qonşularına narahatlıq yaratdığı surətdə şəri hökmü nədir?
 

Cavab:
 

Bismillahir-rəhmanir-rəhim
Ələykum salam və rəhmətullah
Məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda mərasim təşkil edənlərə tövsiyə edirəm ki, şüar və təzahür məqsədi dayışan azan kimi səsləndirmələr səsucaldan vasitəsilə səsləndirilsin. Bundan qeyri surətdə ehtiyatlı olun ki, xalqı incitmək olmasın və bəhanə axtaranların əlinə bəhanə verilməsin. Çünki belə olarsa, bütün proqramlar sual altına düşə bilər. Xüsusilə də xəstələrin və yaşlı insanların halına riayət etsinlər.
Məscidin səsucaldanı vasitəsilə səsləndirilən dini proqramlardan şikayət və gileylənən şəxslərə tövsiyə və nəsihət edirəm, o kəslərdən olmayın ki, Mütəal Allah onların barəsində buyurur:


وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
 

“Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər”. (“Zümər” surəsi, ayə 45)
Əgər səsucaldan vasitəsilə azan, Quran, moizə, Əhli-beytə (ə) əzadarlıq səsləndirilsə, narahat olurlar, amma musiqi, saz, mahnı oxunsa, heç bir söz demirlər və etiraz etmirlər. Çalışın Allah kəlamını eşitdikdə ürəyi sevinən adamlardan olun. Necə ki, bəzi rəvayətlərə görə həzrət İbrahim Xəlil (ə) “subbuhun, quddusun, Rəbbul-məlaikəti vər-ruh” zikrini eşitdikdə bu zikri deyəndən xahiş edir ki, həmin zikri bir daha təkrar etsin və bunun müqabilində qoyunlarının yarısını ona verəcək. Hətta, sonda özünü onun mülkiyyətində qoymaqla ondan istədi ki, həmin zikri bir daha desin.
Mütəal Allah hamını şəri vəzifələrə əməl etməyə müvəffəq etsin./Lütfüllah Safi

Nur-az.

 

baxılma sayı: 182