Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin fəlsəfəsi

Fatimeyi-Zəhranın (əleyha-səlam) zikrinin fəlsəfəsi

Misilsiz hədiyyə


Hədisdə gəlmişdir:
Əmirəl-mö`minin (əleyhis-səlam) Həzrət Fatimeyi-Zəhraya (əleyha-səlam) buyurdu ki, getsin və Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. O xanım getdi və əlinin qabarlarını göstərdiyi əsnada dedi: «Asyabı (dəyirman daşını) dolandırmaq məni zəhmətə salmışdır» bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi) cavabında buyurdu: Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəmirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de.
Təsbih xidmətçidən daha üstündür
«Dəaimul-İslam» kitabında Əlidən (əleyhis-səlam) nəql olmuşdur ki, buyurdu: Əcəm Padşahlarından biri Peyğəmbərə bir qul hədiyyə etdi. Fatiməyə (əleyha-səlam) dedim: Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə Fatimeyi-Zəhra (əleyha-səlam) yanına getdi və bu məsələni ona söylədi.
Peyğəmbər buyurdu: «Fatiməcan! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey sənə verim; namazdan sonra 34 dəfə «Allahu-Əkbər», 33 dəfə «Əlhəmdulillah» 33 dəfə «Subhənallah» de və axırda bu üçlük zikri «La ilahə illəllah» ilə tamamla. Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Fatiməyi-Zəhra (əleyha-səlam) bu zikrləri hər namazdan sonra zikr etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında «Fatimeyi-Zəhra (əleyha-səlam)» zikri (təsbihatı) adı ilə məşhurdur.
Zikrin sirri
İmamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əleyha-səlam) bu məşhur zikrini (34 dəfə Allahu –Əkbər, 33 dəfə Əlhəmdullilah və 33 dəfə Subhanəllah) əlavə olaraq La ilahə illəllah ilə tamamlayın. 
Bütün bu fəzilətlərin sirri bəlkə bu olsun ki, bir dilənçi İmam Cə`fər Sadiqdan (əleyhis-səlam) sual edir ki, Kə`bə evinin 4 sütunu var.və kub şəkilində dörd güşəlidir.Bunun sirri nədir ? İmam (əleyhis-səlam) buyurdu: Çünkü Beytul-Mə`murun 4 rükunu (sütunu) var. Dilənçi soruşdu: Niyə Beytul-mə`murun 4 sütunu vardır. İmam (ə) buyurdu: Çünki ərşin 4 sütunu vardır. Dilənçi soruşdu: Ərşin niyə 4 sütunu vardır ? Çünki hər ərş bir rüknün üstündə durur. 1-cisi Allahu-Əkbər, 2-cisi Subhənallah, 3-cü sü Əlhəmdulillah, 4-cüsü La ilahə illəllah-dır. Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir. 
Əziz Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) tə`lim edərək, xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” deyə buyurması, bəlkə də bu zikrin insanı yüksəklərə qədər (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Və elə bu zikri deyərkən dəstəmazlı olmağın, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaztək me`raca aparmaq potensialına malik olmasına görədir və əgər bir insan xalis niyyətlə bu 3 mühüm zikri iqrar etsə və onu «La ilahə illəllah» ilə tamamlasa onun müqabilində Allahdan başqası böyük olsun və ya başqasına həmd etsin və Allaha vəsl olmadan və ya başqa şəxsi özünə mə`bud qərar versin. Bununla belə ki, «La ilahə illəllah» cümləsi bütün tanrıları inkar edərək, vahid Allahı isbat edir. Bəli, belə bir şəxsin zaman keçdikcə azmasının imkanı azdır; çünki ondan daha möhkəm bir şeyin olmadığı bir şeydən yapışmışdır. Çünki o Allahın ərşindən yapışmışdır və Allahdan istəyirik ki, biz günahkar bəndələrinə öz ərşinə yetişməyi və həblul-mətinə (Sarsılmaz ipinə)yapışmaqda yardım etsin. 
Fatimeyi-Zəhra (əleyha-səlam) zikrinin şəriətə mənsub olmasının səbəbi
Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi) qızı Fatiməyə (əleyha-səlam) hər namazdan sonra və yatan zaman onları deməsi üçün zikrlər öyrətdi ki, həzrət Fatimənin (əleyha-səlam) zikri adı ilə məşhurdur. 
Əllamə Məclisi (rə) deyir: Bu təsbihin şər`i olmasının səbəbini bir qayda olaraq İmamiyyə və başqaları rəvayət etmişlər. O idi ki, Əmirəl-mö`minin (əleyhis-səlam) buyurdu: Ev işlərində Fatimənin (əleyha-səlam) bərk zəhmət və çətinlik çəkdiyini gördükdə, digər tərəfdən Allah elçisi üçün döyüş qəniməti adı ilə əsirlər gətirildiyindən xəbərdar olduqda Fatiməyə (əleyha-səlam) dedim: Niyə atanın yanına getmir və ondan ev işlərində sənə kömək etmək, çətinlik və əziyyətini azaltmaq üçün bir xidmətçi istəmirsən? Xanım o Həzrətin yanına getdi, lakin bir dəstənin o Həzrətin hüzurunda oturduğunu müşahidə etdi və öz mətləbini deməyib qayıtdı. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi) başa düşdü ki, Fatimə (əleyha-səlam) onun üçün əhəmiyyətli bir iş üçün gəlmişdir. O günün sabahı sübh çağı Fatimənin (əleyha-səlam) mənzilinə gəlib dünənki gəlişinin səbəbini sordu. O xanım öz istəyini bəyan etmək üçün xəcalət çəkdi. Əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alihi) ərz etdim: Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz. Su çəkmək, dəyirmanda un üyütmək, süpürmək və bunun kimi işlər ki, ağır şəkildə onu narahat etmişdir. Mən ona demişdim ki, yaxşı olar yanımıza gəlib çətinlik və əziyyətlərini azaltmağa görə onun üçün bir xidmətçi tə`yin etməyinizi istəsin. Həzrət buyurdu: Xidmətçidən daha üstün bir şeyi deyimmi? Dedi: Bəli! Ey Allahın rəsulu! Həzrət bu məşhur zikri ona yatan zaman və hər namazdan sonra oxumasını tə`lim etdi.

Mənbə: "Fatimey Zəhra zikrinin və salavatın savabı" kitabı/Müəllif: Abbas Əziz

baxılma sayı: 175