Namazları başlarından yuxarı qalxmayan şəxslər

Bu insanların namazları başlarının üzərindən bir qarşı belə yuxarı qalxmaz və Allah dərgahında qəbul olmaz.
İslaminSesi – Namazın qəbul olma şərtlərini araşdırdıqda, bu şərtləri aşağıdakı kimi təsəvvür etmək olar:
 
1-Etiqad şərti.

2. Vilayət şərti.

3. Əxlaq şərti.

4. İqtisadi şərt.

5. İctimai şərt.

6. Gigiyena şərti
 
Etiqad şərti dedikdə Allaha və onun ədalətinə inam başda durur. Peyğəmbərlik, və qiyamətin olmasına inam əsas şərtlərdəndir.
 
Bəzi şərtlər təmizlik və dəstəmaz və qüsl kimi təharət məsələlərinə aiddir.
 
Burada köklənmək istədiyimiz məsələ əxlaqi və ictimai şərtlərdir.
 
Əxlaqi və İctimai şərti dedikdə nə nəzərdə tutulur?
 
 
Burada əsasən namaz qılanın insanlarla ictimaiyyətdə və ailədəki rəftarı nəzərdə tutulur.
 
Məhəmməd Peyğəmbər buyurub:  “Üç qrup var ki onların namazları başlarının üzərindən bir qarşı belə yuxarı qalxmaz. Tayfasının acığı gəldiyi insan (Yəni rəftar və əxlaqına görə ətrafdakıları ona ikrahla münasibət bəsləyir), Ərinin ona qarşı qəzəbli olduğu qadın, Bir-birindən küsən iki qardaş (qardaş, dost)”

baxılma sayı: 296