Peyğəmbər (s) yatmazdan öncə və oyanarkən hansı zikrləri deyərdi?

İslaminSesi -Hədislərdə yuxu ölümün qardaşı və yaxud kiçik ölüm kimi təsvir edilir. Qurana görə gecə yuxusu bədənin istirahəti, gündüz isə ruzi qazanmaq üçün nəzərdə tutulub. 
 
Yuxunun mahiyyəti, onun bədənə, sağlamlığa və eləcə də çox yatamağın mənfi təsirləri dini mənbələrdə qeyd edilmişdir. Araşdırmaçılar yuxunun 3 növü şeytani yuxular, xarici və fizioloji amillərin nəticəsində görülən vəhmi yuxular və sadiq röya adlanan yuxulara bölürlər. Amma bunlar mövzudan kənarda olduğuna görə müzakirə obyektində deyil.
 
Hədislərə əsasən, həzrət Peyğəmbər yuxudan öncə və oyandıqda bir sıra zikrləri dilə gətirərdi
 
Hədislərin birində deyilir:   O həzrət Yatan zaman bu zikri deyərdi:  “Bismikə Allahummə Əmutu və əhya”
  Tərcüməsi: İlahi sənin adınla ölüb, dirilirəm
 
Peyəmbər yuxudan oyandıqda bu zikri deyərdi:  “əl-Həmdu lillahilləzi əhyana bədə ma əmatəna və iləyhin-Nuşur”
 
Tərcüməsi:  Şükürlər o Allaha olsun ki bizi öldürdükdən sonra dirildir və qiyamətdə onun qarşısında məhşur olacağıq”

baxılma sayı: 331