Namazda Allahı yad etməyə necə köklənə bilərik?

Google+LinkedInTumblrWhatsApp
Əksəriyyət namazdakı sözlərin dəqiq mənasını belə bilmir. Mənasını bilmədiyimiz zikrlərin nə demək istədiyini bilməyəndə işimiz tutuquşunun işinə bənzəyər. Namazda Allahı yad etməyə köklənmək üçün birinci növbədə zikrlərin mənasını bilmək lazımdır.
İslaminSesi -  Namazdaki zkirlərin mənasını bildirkdən sonra onun barəsində təfəkkür etmək insanı namazda Allahın sifətləri və onun kəraməti barədə fikirləşməyə kökləndirir.
 
İmam Rzaya (ə) sual verirlər ki, namazın ədəbi nədir. İmam (ə) buyurur:
 
1. Qəlb hüzuru.
 
2. Bədən üzvlərini azad buraxmaq. (yəni onlarla oynamamaq)
 
3. Özünü Allah dərgahında xar hesab etmək.
 
4. Behişti sağ tərəfində, cəhənnəmi sol tərəfində və Siratül-müstəqim yolunu qarşında müşahidə etmək.
 
5. Allahı qarşında görmək”
 
Əgər insanın qəlbində dünya sevgisi vardırsa qəlb hüzuruna çatmaz. Dünyanın eyibləri və aqibətləri barəsində təfəkkür etmək, cihad etmək sayəsində qəlb sakit və əminli olar və bu zaman qəlb hüzuru meydana gələr.
 
Qəlb hüzuru əldə etmək o qədər əhəmiyyətli bir mövzudur ki, Həzrət Peyğəmbər (s) təfəkkürlə qılınan iki rükət namazı gecəni səhərə qədər oyaq qalmaqdan daha üstün hesab etmişdir. Belə ki, Həzrət (s) buyurur: “Təfəkkürlə, qəlb hüzuru və diqqətlə qılınan iki rükət namaz, bir gecədə qəlb hüzuru olmadan qılınan namazdan daha üstündür”
 
Bəs qəlb hüzurunun meydana gəlməməsinə nə səbəb olur?
 
Ən çox mane olan amil iki cürdür:
 
1. Xəyallarımızın uçan və qaçan olması. və uzun uzadı arzular.  Xəyal elə bir qüvvədir ki, bir budaqdan başqa budağa qonmağı sevir. Əgər xəyallarımızı dayandıra bilsək və sükutu əldə edə bilsək, o zaman onu islah edə bilərik.
 
2. Dünya sevgisi. Hər bir müsibətin səbəbi və salikin yolunun üstündə olan tikanlardandır. O zamana qədər ki, ürək dünyaya bağlıdır, qəlbi islah etmək yolu bağlı olar. Səadət qapıları insan üçün bağlı olar.
 
Qəlb hüzuru əldə etməkdə təsirli olan amillər:
 
1. Hər bir əməldə qəlb hüzuru o zaman meydana gələr ki, insan həmin əməli əhəmiyyətli hesab edər. Əgər biz Allahla olan münacatımıza heç olmasa mükalimə qədər əhəmiyyət versək, heç bir zaman bu qədər qəflətə düşmərik.
 
2. İnsan dünyaya olan bağlılığını azaltmağa çalışmalıdır və bu yolda nəfsi ilə cihad etməlidir.
 
3. Əgər insan namazda bir müddət dediyi zikr və dualara diqqət etsə, qəlb hüzuruna çata bilər. Yəni tədricən diqqətini cəmləməyi öyrənər.
 
4. Namaz qılan Allah qarşısında dayandığına və Onunla söhbət etdiyinə diqqət etməlidir. Yerinə yetirdiyi hər bir rükunun, səcdənin və namazın başqa vacibatlarının mənalarına diqqət etməlidir.
 
Allaha tərəf irəliləyən hər bir salik, qəlb hüzurunu əldə etmək üçün səy göstərməli və yolunun üstündə olan tikanları aradan qaldırmalıdır ki, Məbubuna heç bir maneə olmadan çata bilsin.

baxılma sayı: 160