Ən pis doğru söz nədir?

İnsanların yaxşı işlərini gizlətmək paxıllıq əlamətidir. Onu demək və stimul vermək lazımdır. Amma bu yaltaqlıqla nəticələnməməlidir. İnsan bəzi yerlərdə ədalətin bərpa edilməsi üçün öz yaxşı işlərini də demək məcburiyyətindədir. Bəs insanın özünün yaxşı işləri barədə danışması necə, özünü tərifləmək adlanırmı və məzəmmət edilirmi?


İslaminSesi – İnsana əmr edilib ki yalnız doğru sözü danışsın, əgər onun əleyhinə və acı olsa belə.   Amma insan bəzən özü haqda baş verən yaxşı işləri demək məcburiyyətində qalır. Bu yalnız o zamana aiddir ki insan özü haqda ədalətin bərqərar olmasını  və şahidlik etmək istəyir.
 
Amma bəzən doğru sözü danışmaq belə insanda ikrah hissi oyadır.  Bu düz və həqiqət olsa belə insanın özünü tərifləməsi halıdır.
 
Allahın Peyğəmbəri(s) buyurub:   “Zirəkliyin afəti və bəlası özünü tərifləmək, şücaətin afəti həddini aşmaq, güzəştin afəti minnət, gözəlliyin afəti qürur, ibadətin afəti süstlük, danışmağın afəti yalan, elmin afəti unutqanlıq, səbrliliyin afəti səfehlik, əsl-nəcabətliliyin afəti öyünmək və səxavətliliyin afəti israfdır.”
 
Göründüyü kimi insanın zirək olması müsbət haldır. Amma onun bu zirəklikdən istifadə edib, düz olsa belə özünü tərifləməsi bəyənilməz haldır.
 
Buna görədir ki möminlərin əmiri İmam Əli buyurub:  “Düz sözlərin ən pisi kişinin özünü tərifləməsidir”

 

baxılma sayı: 297