İnsan surətində görünməyən 8 dəstə

Bir nəfər həzrət imam Sadiqə (ə) dedi: Siz bütün insanları adam surətində görürsünüzmü? Həzrət (ə) cavabında buyurdu: Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır: 

1. Dişlərini yumayan. 

2. Dar yerdə bardaş qurub oturan. 

3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən. 

4. Heç bir məlumatı olmadan mübahisə edən. 

5. Heç bir ağrısı olmayıb nalə edən. 

6. Heç bir bəla üz verməmiş pərişan olan. 

7. Dostlarının müttəfiq olduqları hər hansı bir məsələdə onlara müxalif olan. 

8. Ata-babaları heç bir iftixara layiq olmadığı halda onları öyən.

Belə kəslər barədə Allah-təala buyurur: “Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdırlar”. (“Əraf” surəsi, ayə 179.)/nur-az

baxılma sayı: 228