Allah Təalanın Həzrət Musaya (ə) 4 nəsihəti

Əmirəl-möminin (ə) buyurur: “Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! Dörd şeylə bağlı tövsiyəmi yadda saxla:
1. Bilməyənəcən ki, günahların bağışlanıbdır – başqalarının eybini tutma.
2. Bilməyənəcən ki, Allahın xəzinəsi qurtarıbdır – ruzinin qəmini yemə.
3. Görməyənəcən ki, Mənim padşahlıq və mülküm əldən gedibdir – başqalarına ümid bəsləmə.
4. Şeytanın ölüsünü görməyənədək, onun məkrindən amanda olma”./Deyerler

baxılma sayı: 223