Küfrün aşağı dərəcəsi olan hansı əməldir?

Dilində müsəlman olub qəlbində müsəlman olmayanlar kimlərdir?

İslaminSesi  - Rəzalətli sifətlərdən biri də insanların eyblərin aşkar etməkdir. Yəni başqalarının eybini axtarmaq, onlarda olan nalayiq işləri və sifətləri aşkara çıxarmaq. Bu rəzalət, adətən, ədavət, həsəd, paxıllıq nəticəsində olur; çox vaxt isə nəfsin xəbisliyindən meydana çıxır.
 
Necə ki, şair deyir:  
“Xoş nəzər heç bir eybi görməz,
Lakin bəd nəzər pislikləri aşkara çıxarar”.
 
Quranda və hədisdə xalqin eyblərinə göz qoymaq, onları axtarıb tapmaq, şiddətlə məzəmmət edilib.
 
Allah-təala Quranda buyurur: “Bir- birinin eybini axtarmayın”
 
Başqa bir ayədə buyurur: “O kəslər ki, möminlərin nalayiq əməllərini aşkar etməyi xoşlayırlar, onlar üçün dərdli əzab vardır”.
 
Peyğəmbər (s) buyurub: “Hər kəs başqalarının nalayiq əməllərini aşkara çıxarıb yaysa, o əməlləri özü eləmiş kimi olar. Və hər kəs başqa bir kəsin eybini zahirə çıxarsa, ona irad edib tənə vursa, özü o eybə mübtəla olmayınca ölməz”.
 
Bir gün Peyğəmbər (s) məscidə gəlib mənbərə qalxdı və uca səslə buyurdu:
 
– Ey dilində müsəlman olub qəlbində müsəlman olmayanlar, müsəlmanların eyblərini axtarmayın; hər kəs müsəlmanların eyblərini axtarıb aşkara çıxarsa, Allah-təala da onun eyblərini zahirə çıxarıb, onu risva edər.
 
Ən rəzil adam o kəsdir ki, özü cürbəcür eyblərə aludə olduğu halda başqalarının eybini deyib, onlara irad tutur.
 
Əgər özündə heç bir eyb olmasa da, təkcə bu eyb ona bəsdir ki, başqalarının eyblərini axtarır, onları aşkar edir. Bu, onun batini aləminin murdar və xəbis olduğunu göstərir.
 
Şəxs gərək hər kəsdə bir eyb gördükdə, ona irad tutmaqdan qabaq, əvvəlcə özünə müraciət edib, özündə olan eybləri görsün və onları islah etməyə səy etsin. Öz eyblərini görən şəxs, başqa kəsin eybini deməkdən utanıb xəcalət çəkməlidir.

Buna görədir ki insanların eyblərini ifşa etmək kiçik küfr və yaxud küfrün aşağı dərəcəsi olan əməl hesab edilir
 
İmam Mühəmməd Baqir əleyhis-səlam buyurub: “Bəndələrin kafirliyə ən yaxın halı odur ki, onunla bir dində olan din qardaşının eyblərini axtarıb tapır və cəm edib saxlayır ki, bir gün bu eyblərlə ona tənə vursun”.
 
Bu rəzalətin ziddi bir fəzilətdir ki, o da insanların eyblərini örtmək, onları gizli saxlamaq , camaata bildirməməkdir. Bu sifət insan üçün bir fəzilətdir, saysız dərəcədə səvabı var; həm də bu keyfiyyət adamın alicənablığına dəlalət edən yüksək insani xislətdir. Allah- təala insanların eyblərini gizlətdiyi kimi, insanlar da bir- birinin eyblərini örtüb gizlətməlidirlər.

baxılma sayı: 312