Abidlərin abidi kimlərdir? Bu məqama necə çatmaq olar?

 Allahın rəhməti insanları o qədər əhatə edir ki, hər bir halda və hər bir yerdə bəndəsinin ancaq xeyirini və mənfəətini istəyir. Ona görə də hər bir Allah bəndəsi öz Mövlasının qarşısında müştaqcasına təslim olmalı və əmrlərini müticəsinə yerinə yetirməlidir.


Hər birimizin həyatında elə hadisələr baş verir ki, həmin hadisəni pis hadisə kimi qəbul etmişik. Ancaq bir müddət keçəndən sonra məlum olur ki, əksinə, həmin hadisə bizim xeyirimizə baş veribdir. Bəzən də bir işi xoş bilib onun ardınca gedirik. Ancaq sonradan məlum olur ki, bizim xeyirimizə olmamışdır.

İslam Peyğəmbəri (s) buyurur: “Allahın sənin üçün təqdir etdiyinə razı ol, baxmayaraq ki, sənin istək və meylinlə uyğun olmasa belə”. (Erfan)
İmam Sadiqin (ə) nəzəri bir nəfərə dəyir ki, abidlərin abidi kimi görünürdü. Gecəni onun yanında qonaq qalır və həmin məkanda bir ağac var idi ki, abid onu silkələyir. Ondan iki dənə nar yerə düşür. Abid İmama (ə) deyir: “Mən əgər bütün vaxtımı ibadətlə məşğul olsam, sərmayə sahibinin haqqı və insanların mənə müraciət etdiyi haqq zay olar. Bu hesaba görə qazanc qazanmaqla məşğulam. Dilim Allahın zikrini deyir”.

Sonra İmam (ə) öz məkanına qayıdır və Allahdan soruşur: “Allahım! Bu dəmirçi hansı vasitə və hansı yolla bu məqama çatmışdır?”. Xitab gəlir: “O, Mənim tərəfimdən çatan müsibətə görə səbir və mətanət əhli olmuşdur. Mənim hökm və qəzama razıdır. Davamlı olaraq Mənim nemətlərimə şakirdir”.

 

Deməli, Allah yanında abidlərin abidi o kəsdir ki, İlahi təqdirə hər bir halda razıdır və onunla müxalifətlik etmir.
Ona çatan müsibətə görə səbir edir və mətanət göstərir. Şikayət üçün dilini açmır.
Davamlı olaraq Allahın nemətlərinə şükür edir və həqiqi şakirdir./Deyerler.

baxılma sayı: 316