Gecəni sübhə qədər namaz qılanlar!

Allah-taala "Furqan” surəsində özünün yaxşı bəndələrinin səciyyələrindən birinin gecəni sübhə qədər namaz qılmaq olduğunu qeyd edir: وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّداً وَقِيَاماً

"Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) halında keçirərlər”("Furqan”, 64.).

Belə ki, bu şəxslər gecə yarısı yuxudan oyanır, heç kəs onları görmədən, səmimi, saf niyyətlə Allahla razü-niyaz, ibadət, münacat edirlər. Həzrət Peyğəmbər (s) gecə namazını möminlərin izzəti sayaraq buyurur: 
شرف المومن قيامه بالليل و عزه استغنائه عن الناس

"Möminin şərəfi gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır”("Bihar əl-ənvar”, c. 77, səh. 120.)
Həzrət Əli (ə) isə buyurur: من کثر في ليله نومه فاته من العمل ما لا يستدرکه في يومه

"Gecəni çox yatan şəxs (yəni gecə namazı qılmasa), elə əməlləri itirmiş olur ki, onları gündüz əldə edə bilməz”("Ğürər əl-hikəm”, hədis. 289.).
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
فيما ناجي الله )عز و جل( به موسي بن عمران (ع) قال: يابن عمران کذب من زعم انه يحبني فاذا جنه الليل نام عني

"Allah-taala Musa ibn İmrana buyurdu: "Ey İmranın oğlu, Məni sevdiyini güman edən, gecə qaranlığında isə gözlərini bağlayanlar (yatanlar) yalan deyirlər, (məgər dost dostu ilə etdiyi söhbətdən ləzzət almazmı?”("Bihar əl-ənvar”, c. 13, səh. 329.)

O həzrət digər bir hədisdə gecə namazının əhəmiyyəti haqqında buyurur: لا تدع قيام الليل فان المغبون من حرم قيام اليل
"Gecə namazını əldən vermə. Həqiqətən, gecə namazından məhrum olan şəxs ziyankardır” (Bihar əl-ənvar”, c. 83, səh. 127.).

Doğrudur, ayədə sözügedən "يَبِيتُونَ” ifadəsinin mənası gecəni sübhə qədər səcdə və qiyam halında sübh etməyə deyilir. Lakin, məlumdur ki, ayədə əsas məqsəd gecənin müəyyən bir hissəsini Allaha ibadət etmək nəzərdə tutulmuşdur.

baxılma sayı: 300