Sizə bir çətinlik üz versə, bu duanı oxuyun...

Seyyid ibn Tavus "Mühacüd-dəəvat" kitabında imam Kazim (ə)-dan belə rəvayət edir: "Peyğəmbər (s) Əli (ə)-a buyurdu:

- Ey Əli! Əgər sənə bir çətinlik üz versə, bu duanı oxu: "Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmməd. Ən tusəlliyə əla Muhəmmədin və Ali Muhəmməd və ən tunçiyəni min hazəl ğəmm".

Həmçinin Seyyid ibn Tavus qeyd edir ki, aşağıdakı dua bütün çətinlikləri dəf edir. Dua belədir: "Əllahummə səlli əla Muhəmməd və Ali Muhəmməd. Əsəlullahəl əfvə vəl afiyətə vəl muafatə fid-dunya vəl axirəh". Əllamə Məclisi rəvayət edir ki, bu duanı bütün vacib namazlardan sonra oxumaq müstəhəbdir./islam.az

baxılma sayı: 324