İmam Səccadın (ə) əxlaqi göstərişlərindən bir neçə nümunə

İmam Səccadın (ə) əxlaqi göstərişlərindən bir neçə seçmə hədislər:

1-Yersiz gülmək ağlın naqislik əlamətidir,

2-Böyüklərinizə hörmət edin ki, körpələriniz də sizin böyüklüyünüzü qorusunlar,

3-Fasiq insanla dostluq etməkdən çəkinin ki, sizi bir tikə çörəyə satar,

4-Mömin şəxsin dini qardaşının üzünə məhəbbətlə baxması Allaha ibadət əməl olaraq hesaba gələr,

5-Böyüklük və sevilmək yalnız təvazökarlıq və alçaq könüllülük vasitəsi ilə qazanılır,

6-Qohumları ilə get-gəl etməyənlə dostluq etmə, çünki belə şəxs Qurani-Kərimdə Allahın lənətinə gəlmişlərdəndir. 

7-Naməhrəmə əl verərək görüşən qadın Allahın qəzəbini qazanmışdır,

8-Alimlərlə get-gəl etmək və onlarla danışmaq insanın ağlını çoxaldar,

9-Qiyamətin atəş və əzabından qorxan şəxs gərək tövbə edib günahlardan uzaqlaşa,

10-Allahın tanıyandan sonra, ən gözəl əməl qarnını və övratını haram yeməkdən və günahdan qorumaqdır.

11-Vay olsun o şəxsin halına ki, pis əməlləri saleh əməllərindən çox ola,

12-Camaatın ən dəyərlisi o şəxsdir ki, dünyanı özünün üstünlüyü bilməyə,

13-Axmaq insanla dostluq etməyin ki, sənə xeyir vermək istəyər, amma ziyan vurar.

baxılma sayı: 185