Əgər namazını əvvəl vaxtda qılsan, sanki İmam Zaman ağaya (ə.f) iqtida etmiş olursan.

  Məsumlarımız (ə) və din alimləri namazı əvvəl vaxtda qılmağı həmişə tövsiyə ediblər. Ona görə də din alimləri deyir ki, əgər namazını əvvəl vaxtda qılırsansa, deməli İmam Zaman ağaya (ə.f) iqtida etmisən.


Nəinki namaz, ümumiyyətlə bizim bütün yaxşı əməllərimiz vilayət sayəsində yuxarı qalxar. Din alimlərindən biri imamət mövzusunu təhlil edən zaman buyurmuşdu: “İmam (ə.f) necə ki, insanların zahiri əməllərinə rəhbərlik edir, batinlərində də yolgöstərəndir. O, insanlıq karvanının rəhbəridir ki, batinin yolu ilə Allaha tərəf seyr edir. Bu odur ki, insanların mənəvi həyatını tənzim edir. Əməllərin həqiqətini Allaha tərəf sövq edir”.


Bu gözəl sözlərdən aydın olur ki, insanın namazı və bütün saleh əməlləri İmam Zaman ağanın (ə.f) imamətliyinə əsasən yuxarı qalxır. Bizim əməllərimizin bir çoxunun nöqsanları və eybləri vardır. Lakin Həzrətin (ə.f) əməllərinin bərəkətinə görə Allah tərəfindən qəbul olunur.


Din alimlərindən biri buyurur: “O Həzrətə (ə.f) təvəssül etməkdə və ondan şəfaət istəməkdə səy göstərmək lazımdır. Həzrətin (ə.f) xüsusi nəzərini özünüzə cəlb edin. Onun xüsusi nəzəri ilə çətinlikləriniz həll olar. Salik gərək ondan qəflət etməsin. Bilməlidir ki, çətinlikləri bu yolla həll olar. Rübubi inayət bu yolla əldə olunar. Necə ki, “Cameyi-Kəbirə” ziyarətində deyilir: “Nə zaman yaxşı əməl yada düşər, siz onun əvvəl, əsl, mədən və sonusunuz””. Yəni əgər Həzrətin (ə.f) xüsusi inayətini qazana bilsəniz, böyük bir feyzə nail olarsınız.


Ona görə də əgər namazı əvvəl vaxtda qılsanız, Həzrətin (ə.f) mənəvi bərəkətinə və İlahi feyzə nail olarsınız. Bu feyzlərdən biri - namazınızın yuxarı qalxmasıdır. Çünki vilayət - insan əməllərinin qəbul olmaq şərtidir. Vilayət olmadan heç bir əməl qəbul olunmaz.

 

Bəs necə ola bilər ki, bizim namazımız Həzrətin (ə.f) namazı ilə bir yerdə yuxarı qalxır? Bunun cavabında deyə bilərik ki, burada namazın savabından söhbət gedir. Yəni, əvvəl vaxtda qılınan namaz elədir ki, sanki İmamın (ə.f) arxasında iqtida edərək namaz qılmısan.


Bu məsələ Qədr gecəsinə də bənzəyir. Hər bir ölkədə gecə yarısı müxtəlif zamanlarda olur. Lakin hər bir müsəlman öz ölkəsinə uyğun Qədr gecəsini əhya saxlayır. Allah da onlara Qədr gecəsinin savabını verir. İmamın (ə.f) namazı da elədir. Hər kəs öz ölkəsinə uyğun namazını əvvəl vaxtda qılsa, da İmamın (ə.f) namazı ilə iqtida oluna bilər. İmama (ə.f) iqtida edilən namazın savabını alar./Deyerler.

baxılma sayı: 200