Dəstəmaz almağın savabı haqda hədislər

Dəstəmaz namazın açarıdır. Həzrət peyğəmbər (s.ə) dəstəmazın savabı haqqında belə buyurmuşdur: 

" Dəstəmaz üzə nur, qəlblərə fərəh verir. Hər bir müsəlman dəstəmaz alanda üzünü yuyarkən gözləri ilə baxıb etdiyi günahları, qollarını yuyarkən əllərini ilə etdiyi günahları, ayaqlara məsh çəkərkən ayaqları ilə gedib etdiyi günahları aldığı dəstəmaz suyu ilə təmizləyir. Dəstəmaz tamamlandıqda hər bir müsəlman bütün günahlardan təmizlənmiş olur."
Dəstəmaz mö'minin silahıdır. Bu, elə bir mə'nəvi silahdır ki, insan bu silahla nəfsinin və şeytanın pisliklərindən özünü ən gözəl bir şəkildə qoruyur. Dəstəmazlı adam namazını vaxtında qılar, şeytan ləin ondan uzaq olar və ona heç bir zərər yetirməz. Dəstəmazlı ikən dəstəmazı təzələnmək "nur üzərinə nur gəlmək" deməkdir.

Həzrət peyğəmbər (s.ə) Hədisi şəriflərində buyurubdur:

"Kim gözəl dəstəmaz alıb və sonra Allahdan başqa Allah olmadığını, həzrət Mühəmməd (s.ə) onun rəsulu olduğunu şəadət edərsə və məni günahlardan bağışla deyərsə, üzünə Cənnətin səkkiz qapısı açılar və istədiyi qapıdan içəri girməkdə sərbərt olar."

baxılma sayı: 400