Ağıl və vican baxımından namaz

Müsəlmanların bir-birlərinin üzərində islami haqları var. Bundan əlavə insani haqlar var. İnsani hüquqlardan biri yaxşılıqlar və məhəbbət müqabilində təşəkkürdür. Hətta müsəlman olmasaq da insanların yaxşılıqlarına görə təşəkkür etməliyik. Bu haqq bütün xalqlara aiddir.

Yaxşılıq nə qədər böyük olarsa, təşəkkür də bir o qədər böyük olmalıdır.

Öhdəmizdə Allahdan daha çox kimin haqqı var?! Çünki onun bizə verdiyi nemətlər saysızdır və O özü əzəmətli və fəyyaz varlıqdır. Allah bizi bir zərrədən yaratdı. Sonra ehtiyac duyduqlarımızı (nur, hərarət, məkan, hava, su, üzvlər, meyllər, qüvvə, geniş təbiət, bitkilər, heyvanlar, düşüncə, ağıl, məhəbbət, iman və sair) hazırladı. Bizi tərbiyə etmək üçün elçilərini göndərdi, səadətverici hökmlər verdi, halal-haramı təyin etdi. Mənəvi və maddi həyatımızı kamillik vasitələri ilə təmin etdi. İnkişafımız, dünya və axirət səadətimiz üçün bütün vasitələri hazırladı. Bizə Allahdan daha çox yaxşılıq edən kəs varmı ki, haqqını almağa

Allahdan daha çox layiq olsun?!

Sədi deyir: “Alınan hər bir nəfəs həyata köməkdir. Xaric olan nəfəs zatı fərəhləndirir. Demək, hər bir nəfəsdə iki nemət mövcuddur və hər nemətə bir şükür vacibdir.”

O bizi peyğəmbərlərin və məsumların hidayəti ilə təmin etmişdir. Dünyanı insan üçün ram edən də Odur. İnsana təbiətin bəxşişlərindən bəhrələnmək və dünyanın sirlərini kəşf edib öz həyatında istifadə etmək üçün qüdrət verildi.

Yarpaqlar və bitkilər havanın karbonunu alır, oksigen hazırlayırlar.

Yağış damcıları havanı təmizləyir.

Nəhənglər ölü balıqları udur ki, sular iylənməsin.

Gözlərimiz hər an müxtəlif cəhətlərdən növbənöv və dəqiq şəkillər çəkir.

Əgər dodağımız yumşaq olmasaydı, danışa bilməzdik.

Əgər göz yaşları şor olmasa, piydən yaradılmış gözlər xarab olar.

Sular acı və ya şor olmasaydı, ağaclar cücərməzdi.

 

Yerin cazibə qüvvəsi olmasaydı, günəş bizə yaxın olsaydı, doğuşdan sonra əmməyi bacarmasaydıq, ata-ananın məhəbbəti olmasaydı və... yaşaya bilərdikmi?!

Əlbəttə, Allahın nemətlərini saymaq istəmirik və saya da bilmərik. Çünki Allah özü buyurur ki, onun nemətlərini sayıb qurtarmaq olmaz.

Əgər bu nemətlərin milyonda birini kimsə bizə verərsə, ömrümüz boyu ona borclu qalmarıqmı?

İnsani və vicdani vəzifələrimiz tələb edir ki, Allaha nemətlərinə görə təşəkkür edək və bu misilsiz yaxşılıq üçün şükür edib namaz qılaq, Ona pərəstiş edək.

Bizi O yaradıb, biz də Ona ibadət və bəndəlik edək, şərq və qərbin qulu olmayaq...

 Namaz Allaha təşəkkürdür. Hər bir ağıllı və vicdanlı insan namazın zəruriliyini anlayır./nur.az

baxılma sayı: 288