Bu möhtəşəm hekayə həyatınıza böyük motivasiya verəcək!

Allah bol ruzini zəhmətdə qərar verdiyi kimi, bəzi pis vərdişləri də işsizlikdə və tənbəllikdə yerləşdirib.
İslaminSesi – Böyük əcr və qiymətli ənam çətin imtahandan sonra və böyük zəhmətdən sonra verilir. Bu Allahın bütün məxluqat üçün nəzərdə tutduğu bir sünnətdir. Müvəffəqiyyətli, əzmkar və möhkəm iradəli insanlar yalnız problemlər zamanı bəlli olar.
 
Həzrət Əli buyurub : “Əsl kişilər yalnız rizigarın dəyişməsində (müxtəlif problemlərin yaranmasında) bəlli olar.
 
İmam yenə buyurub: "Allah müxtəlif problemlərlə bəndələrini imtahan edir. Onları müxtəlif çalışmlarla ibadətə dəvət edir. Onları müxtəlif maneələrlə üzləşdirər ki təkəbbürdən uzaq dursunlar”
 
Ümumiyyətlə islam təfəkkürünə görə həyatta maneələrin olması Allahın varlığına və insanına acizliyinə bir işarədir.
 
Həzrət Əli buyurur ki, "Mən Allahı planların aradan getməsi və anlaşmaların pozulması ilə tanıdım."
 
Hədisə əsasən maneələr göstərir ki insanlardan başqa bir qüvvə də var ki plan cızır və bəzən bizə maneə yaradır. Bu maneələrin yaranması da əbəs yerə deyil, hikmətlidir. Məsələn sürücü düz olan, kələ-kötürü olmayan yolda arxayınlaşıb sürətlə getdiyi zaman qəza törətməlidir, amma kələ-kötürlü və maneəli yolda o hökmən oyaq qalacaq və məqsədə də çatacaqdır.
 
İnsanlar ruzinin asanlıqla əldə edilməsini axtarırlar. Halbuki Allah buyurur ki mən ruzini zəhmət olan yerdə qərar vermişəm.
 
Günlərin bir günü padşah yolun ortasında böyük bir daş parçası qoyur, yoldan keçənlərin reaksiyasını bilmək üçün kənarda gizlənir. Tacirlər, saray adamları etinasız halda daşın kənarından keçir və hələ üstəlik şəhərdə səliqə-səhmanın olmamasından gileylənir, amma onlardan heç biri əyilib daş parçasını yolun ortasından götürmürdü.

Axşamüstü çiynində ağır yükü olan bir kəndli daşın yanından keçəndə, yükünü yerə qoyub, min əziyyətlə də olsa daşı kanara çəkir. Bu zaman daşın altında bir kisənin olduğunu görürür. Onu açıb içərisində çoxlu qızıl və gümüş pullar və bir yaddaş olduğunu görür.
 
 
Şah o yaddaşda yazmışdı: "Hər bir maneə insanın həyatını dəyişmək üçün bir şans ola bilər. Həyat əməldən, əməkdən ibarətdir. Çayı şirin edən şəkər deyil, onu qarışdıran qaşığın hərəkətidir".

baxılma sayı: 163