Güzgü və ya foto qarşısında namaz qılmaq olarmı?

 islam.az-a istinadən bildirir ki, fikir vermisinizsə, kilsələrdən və sair ibadət ocaqlarından fərqli olaraq məscidlərdə canlıların rəsmi çəkilmir. Çünki dinimizə görə, canlıların (insan və heyvanların) şəkli və heykəli qarşısında ibadət etmək xoş qarşılanmır. Namaz qılan adamın qarşısında, yəni qiblə istiqamətində fotoşəkil, güzgü olması məkruhdur. Məkruhluğu aradan qaldırmaq üçün şəkli, güzgünü oradan götürmək və ya üzünü arxaya çevirmək, ya da üstünü parça və s. ilə örtmək lazımdır. Şəkil və ya güzgü əgər qiblə istiqamətində deyilsə, sadəcə olaraq namaz qılınan otaqda qoyulubsa, eybi yoxdur. 

baxılma sayı: 337