Ölən üçün qəbr sıxıntısından amanda qalmaq üçün qılınan vəhşət namazının faydası

Mühəddis Nuri, Molla Fəthəli Sultanabadidən belə nəql edir:


Mənim adətim bu idi ki, Əhli-Beyt (ə) dostlarından hər kəs dünyadan getsəydi və onun vəfat xəbəri mənə çatsaydı, ölən şəxsi tanıyıb-tanımamağımdan asılı olmayaraq onun dəfninin ilk gecəsi iki rəkət namaz qılırdım və savabını ona hədiyyə edirdim. Heç kəsin mənim bu işimdən xəbəri yox idi. Bir gün yolda dostlarımdan biri ilə rastlaşdım. O dedi: Dünən axşam bu yaxınlarda vəfat etmiş filan şəxsi yuxuda gördüm. Ölümündən sonra başına nələr gəlməsi barədə ondan soruşdum. Dedi: Çox çətinlikdə idim. Amma Molla Fəthəli Sultaninin iki rəkət namazı məni əzabdan qurtardı. Allah onun atasını rəhmət etsin. Onun yaxşılığı mənə yetişdi.


Molla Fəthəli Sultani deyir: Dostum məndən soruşdu ki, o nə namazı idi? Dedim: Əhli-Beyt (ə) dostlarının dünyadan getdikdən sonra qəbrinin birinci gecəsı qıldığım ləylətul-dəfn (vəhşət) namazı.
“Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (“İbrahim” surəsi, ayə 41)/nur.az

baxılma sayı: 174