Başı məsh edərkən əl üzə dəyərsə, dəstəmaz və qılınan namaz batildirmi?

Mən dəstamaz alanda uzumu əlimi yudum başima mesh cəkəndə bilmədən əlimin ici alnima dəydi işgali yoxduki? Əgər işkallıdırsa mən həmin dəstəmazla qıldığım namazı təzədən qılmalıyammı? 

  Cavab:Bismillahir-rəhmanır-rəhim  Ayaqlara, əlin içində qalan dəstəmaz suyu ilə məsh çəkilməlidir. Buna əsasən, ayağın məshində ehtiyac duyulan yaşlıq, üzdə olan yaşlıqla qarışmasın deyə, başa məsh çəkilən vaxt əl, alının yuxarısına və üzün rütubətinə dəyməməlidir. Deməli, əgər üzün yaşlığına toxunmayan hissə ilə ayağa məsh çəkilibsə, dəstəmaz və qılınan namaz səhihdir. Həmçinin, əgər ona yəqinliyi olmazsa, dəstəmaz və namazın səhihliyinə heç bir xələl gəlməz. 
   / Müctəhid: Ayətullah Xamenei

baxılma sayı: 304