İmam Cavad (ə)-dan 12 əxlaqi göstəriş

İmam Cavad (ə)-ın əxlaqi göstərişlərindən seçmələr: 

1-Düşməninlə böyüklüklə rəftar et ki tez qələbə çalarsan,

2-Dostuna hədiyyə etmək istəsən heç bir şeyi əsirgəmə, amma sirlərindən müğayat ol.

3-Mömin şəxsin izzəti onun başqalarından asılı olmamasındadır,

4-Zahirdə Allah dostu, amma batində onun düşməni olma!

5-Bir şəxsin xain olmasını bilmək üçün onun xainlərin inandığı şəxs olması kifayətdir.

6-Camaatla keçinməkdən üz çevirən şəxsə həyatın çətinlikləri üz gətirər,

7-Alimlər cahillərin çoxluğu səbəbindən qərib olarlar,

8-Nəfsi istəklərinə minib həyat sürən şəxsə səhv addımlar üz gətirər,

9-Məqsədinə çatmaq üçün çox çalışmalısan, belə etməsən çətinliklərlə üzləşərsən,

10-Zamanın keçməsi və həyatın çarxı gizli işlərin üstünü açar.

11-Allahla rabitəsini kəsərək, başqalarına söykənən şəxsin işlərini Allah inandığı şəxsin əlinə verər.

12-Hər kim nəfsi istəkləri əsasında yaşarsa düşmənini hədəfinə çatdırar.

baxılma sayı: 239