Camaat namazı məsciddə

Məscidin qonşuları:
Həzrət imam Sadiq (ə) atasından nəql edir ki, Peyğəmbər məscidin qonşuları camaat namazına hazır olmaları barədə şərtləşir və buyurur: “Namaza gəlməyənlər gərək bu işdən əl götürsünlər və namazlarda hazır olsunlar. Əgər bu cür olmasa, müəzzinə deyərik azan-iqamə desin və mənim Əhli-beytimdən olan Əliyə (ə) odun cəm edib camaat namazında boyun qaçıranların evlərinə od vurmasını əmr edərəm.

Namazın azanınna ləbbeyk demək:
Namazın azanın eşitdin hər nə qədər mümkündürsə, tez sürünə-sürünə olsa da özünü məscidə yetir.

Hansı namaz yaxşıdır?
Bir kişi imam Sadiqdən (ə) sual etdi: “Məscid mənim qonşuluğumdadır. Evimdə namazı (müstəhəbbləri ilə) uzun qılsam yaxşıdı, ya məsciddə camaatla (müxtəsər) qılsam? İmam cavabında yazdı: Namazı camaatla qıl təklikdə uzun qılınan namazdan uzaq ol!”

Məscidə tərəf qədəm qoymaq:
Rəsuli Əkrəm (c) buyurdu: “Məscidə tərəf camaat namazında iştirak etmək üçün hər kəs addım atsa hər qədəminə yetmiş min savab yazılır, məqamı ucalır. Əgər o halda ölərsə, qəbirdə onunla bir yerdə olmağa, behişti müjdə verib qəbr tənhalığında həmdəmlik etməyə və Qiyamət gününə qədər bağışlanmaq tələbi üçün Allah-təala yetmiş min mələyi ona müvəkkil edər.”

İki namazdan hansı yaxşıdır:
Cəmil ibn Saleh imam Sadiqdə (ə) sual etdi” Bu iki namazdan hansı daha fəzilətlidir: İnsan əvvəl vaxtda namaz qılması ya bir az təxirə salıb məsciddə camaat namazında iştirak etməsi?” 

Həzrət buyurdu: “Namazı təxirə sal və məscid əhli ilə birlikdə namaz qıl əgər məscidin imam camaatı varsa./nur-az

baxılma sayı: 330