Müsəlman kimdir?

Bu gün müsəlman dedikdə təəssüfki, Qərb insanının ümumiyyətlə əksər qeyri-musəlmanların təsəvvürünə ya terror, İŞİD, baş kəsmək, qan tökmək ya da ərəb şeyxlərinin var dövləti , həddən artıq israfçılığı və cahil adətlərinə bağlılığı gəlir. Rəsulallahın (s.ə.s) 23 illik əziyyəti bahasına gətirdiyi bir dinin yetişdirdiyi bu ümmət necə olduki öz həqiqi siması ilə deyil başqa bir sima ilə dünyaya tanıdıldı? Əlbəttə bunda İslam düşmənlərinin də böyük rolu var, ama biz də bir ümmət olaraq bu işdə heçdə az günahkar deyilik.
Müsəlmanların dünya sivilizasiyasına əvəzolunmaz töhvələri varkən, dünya bir unutqanlığa düçar olaraq bunları xatırlamır əvəzində isə bir qrup təkfirçinin qeyri-insani hərəkətlərini bütün müsəlmanların adına yazır,müsəlmanlar elmsiz, cahil, başkəsən bir kütlə kimi qələmə verilir. Halbuki, bu gün Avropa və Qərb elmi hazırki vəziyyətinə görə müsəlmanlara borcludur. Bəs özümüzün dünya mədəniyyətinə və elminə verdiyimiz töhvələrdən xəbərimiz varmı ?
Nobel mükafatı laureatı Pyer Kuri müsəlmanların elm qarşısında xidmətlərini təsvir edərkən : " Müsəlman Əndəlusundan bizə 30 kitab qaldı və atomu parçaladıq, əgər yandırılan bir milyon kitabın yarısı qalsaydı çoxdan kosmosda qalaktikalar arasında gəzərdik." deyib.


Bəs biz bilirikmi ? 
Yunan filosoflarının əsərlərinin ilk dəfə müsəlmanlar tərəfindən ərəb dilinə tərcümə olunub öyrənildiyini ;
Bəs dünyada ilk universitetin Mərakeşdə iki müsəlman qadın tərəfindən yaradıldığını ;
Müasir alqoritmin qurucusu və sıfırı kəşf edənin müsəlman olmasını ;
Neftden kerosini ayıraraq lampalarda qaranlıqlara işıq salmaq üçün yandırmaq üsulunu ilk dəfə müsəlman alimlərinin kəşf etməsini ;


Müsəlman alimlərin kimya vasitəsilə ilk şüşəni icad etməsini ;
XI əsrdə müsəlman alimlərin ilk güzgünü yaratmasını ;
Cərrahiyyə alətlərinin müsəlmanlar tərəfindən təkmilləşdirilməsi və ilk qeysəriyyə əməliyyatının və orqan köcürülməsinin müsəlman təbiblər tərəfindən aparıldığını ;


İlk rəsədxananın müsəlmanlar tərəfindən qurulması və astronomiya elmindəki bir çox kəşflərin müsəlmanlara məxsus olmasını ;
Cəbr ,Həndəsə, Sosiologiya və bu kimi bir çox elmləri Avropa alimlərinin müsəlmanlardan öyrənməsini ;
Diyircəkli qələmin, kəfkirli saatın, şampunun, peyvəndin teleskopun onluq kəsrin və bu kimi bir çox kəşflərin müsəlmanlar tərəfindən tapılmasını.


Bu kimi saymaqla bitməyən töhvələr müsəlman təfəkkürünün məhsuludur. Amma ne oldu ki bu gün müsəlmanlar baş kəsən kimi təqdim olundu? Bütün bunlar bilərəkdən unutdurulur və müsəlmanlar dünyaya tamam başqa şəkildə təqdim olunur. Biz isə sahib olduğumuz nemətdən, İslamdan, Qurandan uzaqlaşmış üzümüzü Qərbə çevirmişik. Qərbdən isə onun elm və texnikasını deyil dırnaqarası dəyərlərini mənimsəyirik. Məhz budur bizi müasir cəhalətə sürükləyən, İslam düşmənlərinin qılıncını itiləyən səbəb. Məhz budur bizi inkişafdan saxlayan,başqalarından asılı vəziyyətə salan.


Və sonda, Zamanın Sahibinin (ə.f) zühuru, həqiqi İslamın və müsəlmanlığın bütün dünyaya agah olması ümidi ilə./ixlas.

 

baxılma sayı: 265