İnsan rükuda çaşıb səcdənin zikrini desə və ya əksinə, səcdədə rükunun zikrini desə, sonra bunu bilsə, nə etməlidir?

Cavab: Şəriətə görə, rüku və səcdələr zamanı insan istənilən zikri deyə bilər. Zikrin miqdarı üç dəfə “sübhanallah” miqdarından az olmamalıdır (vaxtın dar olduğu bəzi hallarda bir dəfə “sübhanallah” deməyə də icazə verilir). Daha yaxşı olar ki, rükuda heç olmazsa bir dəfə “sübhanə rəbbiyəl-əzimi və bihəmdih” zikri, səcdədə isə heç olmazsa bir dəfə “sübhanə rəbbiyəl-əəla və bihəmdih” zikri deyilsin. Bununla belə, təkrar edirik ki, rüku və səcdədə hər hansı zikri hər hansı sayda söyləmək olar (tək sayda təkrar olunması daha yaxşıdır). Bu zikrlərin yerini dəyişdirmək də günah deyil. Əgər insan çaşıb rükuda səcdənin zikrini, səcdədə də rükunun zikrini desə, namazı düzgündür./islamquest saytı

baxılma sayı: 307