Bəzi ədəb qaydaları haqqında

Oturmağın ədəbi
Başqalarının hüzurunda oturub-durmağın müxtəlif formaları vardır. Bu şəraitdə ədəbli insanlar ədəbsiz insanlardan seçilirlər. Özünü qurmuş, nəfs istəklərini cilovlamış insanlar başqalarının hüzurunda ədəbli əyləşirlər. Süst və iradəsiz insanlar isə ayaqlarını müxtəlif cür uzadıb yığaraq ədəbsiz halda otururlar. Rəsulullah (s) bu sahədə də başqaları üçün bir örnəkdir. O, oturub-durarkən daim Allahı zikr edərdi, heç vaxt oturmaq üçün xüsusi bir yer nəzərdə tutmazdı. çalışardı ki, məclisin aşağı hissəsində əyləşsin. («Bihar» 16-cı cild). Onun hörmətinə kimsənin ayağa durmasını sevməzdi əgər bir şəxs onun hörmətinə başqalarının ayağa durmağını gözləyirsə, demək özünü yuxarı tutur və bu da günahdır. Ona görə də belə şəxs cəhənnəm oduna düçar olacaqdır. «Onun üçün ayağa durulmasını istəyən adamın yeri oddur» («Bihar» 76-cı cild).
Həzrət adətən üzü qibləyə oturardı. («Bihar» 16-cı cild). O, özü üçün yer hazırlamaqdan çəkinər və başqalarını da bu xudpəsənd işdən çəkindirərdi. Həzrət oturarkən söykənib, təkyələnib oturmazdı. O, üç cür oturardı: (ərəbi) təşəhhüd halındakı kimi iki dizi üstə, ya da bir ayağını yığıb, o birini onun üzərinə qoyardı. («Bihar» 16-cı cild).

Yatmağın qaydaları
Yuxu bağlı bir hadisə olsa da, adi bir hal kimi görünür. İnsan daim bu nemətdən faydalanır və Allah-taala insanın yorğunluğunu yuxu vasitəsilə çıxarır. «Yuxunuzu sakitlik səbəbi qərar verdik» («Nəba» 9). İlk baxışdan qəribə heç bir şey yoxdur. Lakin yuxu insan üçün digər bir həyatdır. Yatarkən yuxu görülməsi insan ruhunun qanadlanmasıdır. Ona görə də rəvayətdə Rəsulullah (s) yuxunu axirət aləminə, ölümə oxşadır. «Yuxu ölüm kimidir» («Bihar» 73-cü cild). Allah-taala yuxu haqqında buyurur ki, yuxuda insanın ruhu çıxır və Allahın yanına qalxır. Allah istədiyi halda ruh elə oradaca qalır və bu hal ölümdür. Yox əgər ruh geri qayıdarsa, insan yuxudan oyanır. «Allah onların canlarını öldükləri zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar, digərlərinin canlarını isə müəyyən bir müddətədək qaytarar» («Zumər» 42). Aydın olur ki, bütün xüsusiyyətləri bilinməsə də yuxu yalnız yorğunluğun çıxarılması məqsədini daşıyan sadə bir şey deyil.
əgər yuxu insan üçün başqa bir həyatdırsa, onun qaydaları və göstərişləri olmalıdır. Din bu sahədə yol göstərir. Rəsulullah (s) və digər din rəhbərlərindən nəql olunub ki, insan dəstəmazlı halda və üzü qibləyə yatmalıdır. («Bihar» 73-cı cild). «Dəstəmaz alıb yatan kəs yuxuda ölərsə, şəhiddir». Din tövsiyyə edir ki, istər yuxu, istərsə oyaqlıq zamanı Allahı unutmamalıdır. Ona görə də çox təkid edilib ki, yuxu zamanı imkan daxilində bəzi zikrlər və Quran ayələri oxunsun. Məsələn, «Ayətəl-kürsi», «Tövhid», «Təkasür», «Vaqeə» surələri, «Şəhid əllah» ayəsi qiraət edilsin. Peyğəmbərdən sifariş olunub ki, həzrət Zəhra (ə) təsbihatı deyilsin.
Həzrət yuxudan oyanandan sonra səcdə edər, bu duanı oxuyardı: «Həmd olsun o Allaha ki, bizi yatağımızdan qaldırdı. Əgər istədiyi, qiyamətədək yataqdaca saxlardı». Həzrət yatmazdan qabaq və oyanandan sonra misvak çəkərdi (dişini təmizlərdi). («Bihar» 73-cı cild).

İçməyin qaydaları
Burada da ilahi qaydalara riayət edərdi. Allahın adı ilə başlayardı. Suyu birnəfəsəiçməzdi. Hər dəfə «Bismillah» deyərək üç dəfəyə qəbul edərdi. Birnəfəsə su içmək böyrəyə zərərdir və qarının böyüklüyünə səbəb olur. Buyurardı ki, «dünya və axirətdə ən içki sudur» («Bihar» 16-cı cild). Artıq bu gün uyğun kəlamların mənası aydın olur. Sağlamlıqda suyun böyük rolu vardır. Heç bir içki suyu əvəz edə bilməz. Su bir çox xəstəliklərin dərmanıdır. Bu gün su müalicəvi su adı ilə yad edilir./ixlas.

baxılma sayı: 222