Namazda qiyam halında necə dayanmaq haqda İmam Baqirin (ə) tapşırıqları

İmam Məhəmməd Baqir (ə.s) buyurmuşdur:
Namaza durduğun zaman ayaqlarını bir-birinə yapışdırma, aralarında bir barmaqdan bir qarışadək fasilə qoy, çiyinlərini geriyə aç, əllərini aşağı uzat, barmaqlarını bir birinə yapışdırma və budlarının üstünə qoy, nəzərin isə səcdə etdiyin yerdə olsun.
Rükuda ayaqlarını aralarında bir qarış ara buraxdığın halda eyni səviyyədə qoy. Əllərinin içini dizlərinə çatdır. Sağ əlini sol əlindən əvvəl dizinə qoy. Əl barmaqlarınla diz qapaqlarını qavra. Bu halda barmaqlarını bir-birindən aralı saxla. Rükuda əl barmaqlarının ucunu dizlərinə çatdırsan kifayətdir. Amma əllərinin içini çatdırman daha gözəldir. Həmçinin belini düzəlt, boynunu uzat, baxışını ayaqlarının arasına yönəlt./Kuleyni (r), "əl-Kafi" , 3/334-335, hədis 1 (Səhih)

baxılma sayı: 248