Əsasən, namaz vaxtı insanın qəlbinə gələn pis fikirlərdən necə qurtulmaq olar?

Bunlar şeytanın vəsvəsələridir. Bu vəsvəsədən qurtulmağın yolları da insanın əxlaqi səviyyəsindən, psixoloji durumundan, tutumundan asılı olaraq fərqlənir. Amma hər kəs üçün təsirli olan bəzi üsullar bunlardan ibarətdir: Allahı tez-tez zikr etmək, şeytanın hiylə və vəsvəsəsindən Allaha sığınmaq, namazları vaxtın əvvəlində qılmaq, namaz zamanı dediyin sözlərin mənası haqqında düşünmək, dini kitablar oxumaq və dini moizələrə qulaq asmaq, dindar insanlarla durub-oturmaq, günahkar şəxslərlə ünsiyyətdən uzaqlaşmaq, günahlardan (hətta xırda günahlardan da) uzaq durmağa çalışmaq, dil, göz, qulaq günahlarına qarşı diqqətli olmaq, məsumların ruhuna təvəssül etmək və s.

baxılma sayı: 234