İbadətlərini təqlidsiz yerinə yetirmiş adam təqlidin vacibliyini başa düşəndən sonra nə etməlidir?

Şiə məzhəbinə görə, özü müctəhid olmayan və ehtiyata əməl edə bilməyən şəxs mütləq ən elmli (əələm) müctəhidə təqlid etməlidir. Əgər qəsdən bu üç yoldan heç birinə əməl etməzsə, ibadətləri batil olar. Əgər bir müddət təqlidin vacibliyindən xəbərsiz halda ibadət etmişsə, təqlid barədə məlumat aldıqdan sonra həmin ibadətlərini nəzərdən keçirməlidir. Əgər həmin ibadətlər təqlid etməsi gərəkən müctəhidin fətvalarına zidd olmamışsa, onları qəza etməyə ehtiyac yoxdur. Yol verdiyi yanlışlıqlar rükn (yəni edilməməsi və ya sayının arıtırıb-çoxaldılması ibadəti batil edən əməllər) yaxud bunun kimi digər əməllərdən deyilsə, onları da qəza etməsi lazım deyil. Amma əgər rükn və ya ona bənzər əməllərdə yanlışlıq etmişsə, bu halda həmin əməlləri qəza etməlidir.

baxılma sayı: 178