Gecə namazını saat neçədə qılmaq lazımdır?

Gecə namazı işa (xiftən) namazından sonra sübh azanına kimi qılına bilər. Gecənin ikinci yarısında qılınması yaxşıdır. Gecənin son üçdən-bir hissəsində qılınması daha müstəhəb sayılır. Bu vaxtı tapmaq üçün axşam Günəş batandan ertəsi gün sübh azanına kimi olan vaxt ölçülür. Sonra bu vaxt üç hissəyə bölünür, axırıncı hissə götürülür. Məsələn, fərz edək ki, Günəş axşam saat 8-da batır, sübh azanı saat 3.30-də verilir. Bu halda gecə 7 saat yarım davam edir. Bu vaxtın üçdən-biri 2 saat yarım edir. Beləliklə, gecə saat 1-dən 3.30-a kimi keçən vaxt gecə namazının fəzilətli vaxtı sayılır.

baxılma sayı: 184