Dua möminin silahı, Allaha yaxınlaşma vasitəsi

  

“De ki, əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir qədir-qiymət qoymaz.” (“Furqan” surəsi, ayə 77.)

İnsanın Allah ilə ən sadə və ən təbii əlaqəsi Onu zikr etməsidir. Bunun nəticəsində insanın qəlbi ixtiyari olaraq Allahı xatırlayır, ruhu təsirlənir. Arabir bu xatırlamanın təsiri dildə də özünü göstərir.


Dua möminin silahı, Allaha yaxınlaşma vasitəsi, ibadətin mahiyyəti, haqqı xatırlama və aləmlərin Rəbbi ilə söhbətdir; dua dost evinə getmək bəhanəsi, ehtiyacsız və tək məbudla raz-niyazdır; dua can üçün həyat, ruhun şadlıq mayası və ilahi bəxşişlərin açarıdır; dua haqq rəhmətində qərq olma və ilahi bərəkətlərin nazil olma səbəbidir.

Dua İslamda daha çox diqqət yetirilən məsələlərdən biridir.
Bu mövzuya İslamda çox təkid olunmuşdur. Ona görə də duanın həqiqətinin aşkarlanması lazımdır.

Dua ilə bağlı bir çox məsələlər araşdırılır. O cümlədən: Duanın həqiqəti nədir?
Dua qəbul üçün müstəqil bir səbəbdir, yoxsa qəbul vasitələrinin, təbii və adi səbəblərin kənarında əlavə vasitədir? Əgər dua müstəqil bir səbəbdirsə, Allahın təkvini (təbiət) sünnələrində, qanunlarında istisna yaratmırmı? Məgər dua insanların süstlük və tənbəlliyinə səbəb olmurmu? Duanın təsirləri nədir və hansı dərəcədədir? Duanın faydası nədir? Dua tərbiyəvi cəhətdən insan həyatında nə kimi rol oynayır?

   Məgər bəzilərinin dediyi kimi, duanın təsiri yalnız onun məzmunudur; yəni dua təlqini təsirə malikdir və buna görə də şəxsin istəyə doğru hərəkətinə səbəb olur? Yoxsa onun başqa təsirləri də var? Nə üçün Allah Quranda bəndələrinin dualarını qəbul edəcəyini vəd etdiyi halda bizim dualarımız çox az qəbul olunur? Məgər duanın şərtləri və qaydaları var? Əgər varsa, dua və onun qəbul olma şərtləri nədir? Quranın yasaq etdiyi “duaya təkəbbür” nə deməkdir?/nur.az

baxılma sayı: 213