İmam Hüseynin (ə) “günahları tərk edə bilmirəm” deyən kişiyə nəsihəti

Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-75, səh-126) İmam Hüseynin "günahları tərk edə bilməyən" kişiyə nəsihətini belə nəql edir:
 
“Bir gün gənc bir kişi İmamın məhzərinə gəlib dedi ki mən günahkar bir insanam. Özümü günahlardan çəkindirə bilmirəm. Ey İmam mənə nəsihət ver!
 
 İmam buyurdu: Sən bu 5 işi gör! Ondan sonra istədiyin günahı edə bilərsən:
 
1-    Allahın verdiyi ruzidən yemə ondan sonra istədiyin günahı et!
 
2-    Allahın hakimiyyət dairəsindən kənara çıx və istədiyin günahı et!
 
3-    Elə bir yeri seç ki Allah səni görməsin və onda istədiyini et!
 
4-    Ölüm mələyi Əzrail canını almağa gələndə özünü müdafiə edə biləcəksənsə istədiyini et!
 
5-    Cəhənnəmdə məmur olmuş mələklər səni od və alova sarı aparanda (onlara müqavimət göstərib) oraya girmə. (Əgər bunların hər birini edə bilərsənsə istədiyin günahı et)

baxılma sayı: 176