Cəmiyyətdə 4 əsas günah!

Qocalıq və zəiflik müxtəlif xəstəliklərə şərait yaratdığı kimi, bəzi günahlar da başqa günahların yaranmasına səbəb olur. Məsələn:

1-Həsəd aparmaq.
Həsəd insanı xəyanət, böhtan, yalan, qətl və bu kimi başqa günahlara vadar edir. 
İmam Sadiq (ələyhissəlam) bu haqda buyurur: «Odun çör-çöpü yandırdığı kimi, həsəd də insanın imanını məhv edir». 

Həqiqətən də belədir. Həsəd edən insan öz rəqibinin əleyhinə bir iş görmək üçün bütün işlərə əl atır.

2-Paxıllıq və hərislik.
İnsanda paxıllıq öz malının xumsunu və zəkatını verməməyə, yoxsullara kömək etməməyə və başqa günahlara səbəb olur. Camaat da belə şəxslərin paxıllıq və hərisliyindən narahat olur, onların haqqında bədgüman olur və pis fikirlərə düşürlər. Bu isə yeni bir günahın yaranmasına gətirib çıxarır.

İmam Əli (ələyhissəlam) buyurur: «Paxıllıq bütün pislikləri özündə cəmləşdirib. O elə bir vəsilədir ki, bütün çirkin işləri özünə cəzb edir. Hərislik də paxıllıq kimi bir neçə günahın bünövrəsini təşkil edir. Məsələn: Çəkidə az satmaq, möhtəkirlik, baha satmaq, rüşvətxorluq, yaltaqlıq və bu kimi çirkin əməllər hərisliyin (dünya malına hədsiz məhəbbət bəsləməyin) nəticələridir.

3-Yalan. 
İnsan yalan danışmaqla özünün bütün günahlarını təsdiq edir. Deməli, yalan elə bir günahdır ki, onun vasitəsilə insanlar yüzlərlə günah edirlər.

İmam Həsən Əskəri (ələyhissəlam) buyurur: «Bütün günahların bir otağa yığılmağını fərz etsək, yalan o otağın açarıdır.»

4-Qəzəbli və əxlaqsız olmaq.
İnsanda olan qəzəb söyüş söymək, qeybət etmək, düşmənçilik yaratmaq və bu kimi günahlara səbəb olur. 

İmam Həsən Əskəri (ələyhissəlam) buyurur: (Həddini aşan) qəzəb hər bir pisliyin açarıdır.

Bədgümanlıq, haram mal yemək, şərab içmək, çaxnaşma yaratmaq, qorxaqlıq, təkəbbür və bu kimi günahlar da başqa günahlara bünövrə sayılırlar. Kitabın həcminin kiçikliyini nəzərə alaraq onlara şərh vermirik./nur-az.

baxılma sayı: 294