Dəstəmaz olmaq haqqında

Maidə surəsi,ayə 6: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəkləriniz də daxil olmaqla yuyun, başınıza məsh edin, ayaqlarınızı topuqlarınıza qədər məsh edin.

-Allahın Rəsulu (s.a.v.v) buyurur: Müsəlman şəxs dəstəmaz alan zaman onun günahları qulaq,göz,əl və ayaqlarından xaric olarlar. Beləliklə, oturanda (artıq) bağışlanmış halda oturar. (Əl Fəqih,cild 1,səh 58)

-İmam Rza (ə.s) dəstəmazın fəlsəfəsi barədə buyurur: (Dəstəmazın fəlsəfəsi) Bəndənin Allah ilə münacat edəndə Onun qarışısında dayanarkən pak olması, Onun əmrinə tabe olması, çirkinlik və murdarlıqdan təmiz olmasıdır.Bundan əlavə dəstəmaz yorğunluğun aradan qalxması,mürgünün qaçması və qəlbin Allah hüzurunda dayanmaq üçün təmizlənməsinə səbəb olur. (Kənzul Ummal,hədis 25999)

-İmam Əli (ə.s) buyurur: Kim dəstəmaz alıb məscidə getsə, ondan dəstəmazı pozan bir iş baş verməyincə namaz halında olar.(o müddət ərzində namaz qılan adam kimi sayılar). (İləluş-Şəraye, səh 257,hədis 9)

-Allahın Peyğəmbəri (s.a.v.v) buyurur: Çox dəstəmaz al ki, Allah ömrünü artırsın. Əgər gecə-gündüz təharətli ola bilirsənsə, et bunu! Çünki əgər dəstəmazlı ölsən şəhid (hesab) olacaqsan.(Vəsailuş Şiə,cild 1,səh 264)/ixlas.

baxılma sayı: 279