İman və vəzifəmə əməl dərsini sizdən öyrəndim

Böyük şiə alimlərindən olan Seyid Möhsin Cəbəlamili şiələri təhsilə cəlb etmək və onlara elm öyrətmək üçün Dəməşqdə mədrəsə təsis etmişdi. Onun Abdullah adlı bir şagirdi var idi. Abdullah çox zəkalı və istedadlı idi. Qısa bir zamanda Dəməşqdə təhsilini başa vurur və bir sıra elmlərə yiyələnmək məqsədilə Amerikaya səfər edir. Artıq o çoxdan idi ki, Amerikanın universitetlərinin birində imtahan vermək üçün qeydiyyatdan keçmişdi və imtahanda iştirak etmək üçün bu uzaq yolu gəlmişdi.


Abdullah imtahana girmək üçün sırada növbə gözləyir. O, birdən görür ki, namazın vaxtı keçir və əgər tez namazını qılmasa, namazı qəzaya gedəcək. Ona görə də dərhal sıradan çıxaraq namaz qılmağa gedir. Cərgədə olanlar deyir: - Hara gedirsən? Sənin növbənə az qalıb, geciksən imtahana buraxmayacaqlar.
Abdullah cavab verir: - Mənim bir dini təklifim var. Onu indi yerinə yetirməsəm, vaxtı keçər. Bu təklif imtahandan irəli və önəmlidir.


Abdullah Allaha təvəkkül edərək namaz qılmağa başladı. Onun namazı qurtaranda artıq növbəsi keçmişdi və bir daha imtahana girmək şansı yox idi. Lakin imtahanın rəhbərliyi Abdullahın namaza görə belə mühüm bir imtahanı buraxmasını bildikdə onun imanına təəccüb edir və ona imtahan vermək üçün icazə verir. 


Abdullah ustadına məktub yazaraq ona belə müraciət edir: “Mən iman və vəzifəmə əməl etmək dərsini sizdən öyrəndim”.
Seyid Möhsin buna görə çox sevinir və belə bir şagird tərbiyə edə bildiyi üçün Allaha şükür edir.

Qaynaq: Qulamhüseyn Abidi, “Dastanhayi tarix”, c. 2, səh. 184.
Hazırladı: Seyid Zahir/nur.az

baxılma sayı: 311