Alim fəqirin izzətini belə qorudu!

Əllamə Tehrani yazır: Nəcəfin böyük alimlərindən olan dostlarımdan biri belə deyirdi: 
Təzə tələbə idim. Bir gün meyvə-tərəvəz mağazasına getmişdim. Gördüm fəqih və arif kimi tanınmış böyük alim Mirzə Əli Qazi mağazada əyilib kahıları ayırır. Ancaq o, yumşaq yarpaqlı kahıların deyil, sərt yarpaqlı kahıları götürürdü. Sonra götürdükləri kahıları mağaza sahibinə verdi, çəkisi məlum olduqdan sonra onun pulunu ödədi və kahıları əbasının altında gizlədərək tərəf yollandı. Mən onun ardınca getdim və ondan soruşdum: - Ağacan! Nə üçün başqalarının əksinə olaraq xoşlanmayan kahıları götürdünüz? Mirzə Əli Qazi dedi: - Mağaza sahibi imkansız və yoxsul adamdır. Mən bəzi vaxtlar ona kömək edirəm, ancaq onun izzət və abrını qorumaq üçün ona əvəzsiz bir şey vermək istəmirəm. Həm də onun əlinin zəhmətsiz gəlirə öyrəşərək, gəlir ardınca getməkdə süst olmasını istəmirəm. Bunlardan əlavə, bizim üçün kahının təravətli olub-olmamasının bir fərqi yoxdur. Mən bilirdim ki, bu kahıların alıcısı olmayacaq və satıcı gunorta mağazanı bağlayıb gedəndə bunları bayıra tökəcək. Ona görə də onun zərər etməsini istəmədim və bu kahıların pulunu verərək aldım.

Rəsuli-əkrəm (s) buyurub: “Hər kəs müsəlman fəqiri əziz və hörmətli tutsa, Qiyamət günü Allahın ondan razı olduğu halda Allahla görüşəcək”. (“Biharul-ənvar”, c. 72, səh. 38) Qaynaq: “Mehri taban”, səh. 20. Hazırladı: Seyid Zahir/nur.az

baxılma sayı: 297