Duanın qəbulu üçün salavat zikri.

  Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bə`zi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir.
Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur./nur.az

baxılma sayı: 170