Qadın namaz qılarkən naməhrəm kişi onu görsə, namazı pozularmı?

Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yaxşı olar. Hətta məhrəm adamların qıldığı camaat namazında belə, qadın kişidən arxada durmalıdır. Ona görə məscidlərdə qadınların namaz qılıdığı yerlə kişilərin yerini ayırırlar. Qadın namaza başlayarkən diqqət yetirməlidir ki, naməhrəm kişilərin gediş-gəlişindən uzaq bir yerdə dursun. Amma ondan asılı olmayan səbəblər üzündən namazın ortasında naməhrəm kişi onu görsə də belə, yenə namazı düzgündür inşəllah./ixlas.

 

baxılma sayı: 169