Maddi vəziyyəti yaxşılaşdırar, hacəti yerinə yetirər, övlad sahibi olmağa kömək edər – “Nuh” surəsinin fəzilətləri.

Deyerler.org: “Nuh” surəsi Quranın 71-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 28 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Nuh” surəsini oxuyar, o möminlərdəndir ki, Həzrət Nuhun (ə) duası halına şamil olar. Onun duası belədir: “Pərvərdigara! Məni, ata və anamı, ardımca gələn hər mömini, imanlı kişi və qadınları bağışla. Zalımların həlakətini artır”. (Tebyan)
İmam Sadiq (ə) buyurur: “O kəsin ki, Allaha imanı vardır və kitabını oxuyur, “Nuh” surəsini oxumaqdan əl çəkməsin. O bəndə ki, İlahi mükafata ümid və Allah yolunda səbirlə müstəhəb və vacib namazlarında “Nuh” surəsini oxuyarsa, Allah onu yaxşı əməl sahiblərinin evində məskunlaşdırar və behiştlərindən üçünü Öz kəraməti ilə ona əta edər”.
Bu surənin bərəkətləri:

1. Əsirlikdən xilas olmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim “Nuh” surəsini oxuyar, əgər əsarətdə və ya zindanda olarsa, bayıra çıxmağı asan olar”.

2. Maddi vəziyyəti yaxşılaşar. İmam Cavad (ə) tərəfdaşlarından birinə buyurur ki, maddi vəziyyətini yaxşılaşdırmaq üçün bu surəni davamlı olaraq oxusun.

3. Hacətin yerinə yetməsi. Hər kim bu surəni oxumağı davamlı edərsə, gecə və ya gündüz onu oxuyarsa, hacəti üçün yollanarsa – hacəti yerinə yetər.

4. Övlad sahibi olmaq üçün. İmam Baqir (ə) buyurur: “Üç gün işa və sübh namazından sonra bu əməli yerinə yetir. 70 dəfə Sübhənallah, 70 dəfə Əstəğfirullah demək. Bu zikrləri “Nuh” surənin 10-12-ci ayələri ilə xətm etmək”./Deyerler.

baxılma sayı: 304